az en
News / U-21 Cəbəllütariq yığmasını səfərdə məğlub etdi (fotolar)

U-21 Cəbəllütariq yığmasını səfərdə məğlub etdi (fotolar)

U-21 Dərc olundu: 18.11.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.
U-21 Cəbəllütariq yığmasını səfərdə məğlub etdi (fotolar)
B qrupunda yer alan millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını 5-ə çatdırıb.
Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
 
 
 
 
 
 
 
 
 
Baş Sponsor