az en
News / U Liqalarında yeni mövsümə start verilib

U Liqalarında yeni mövsümə start verilib

AFFA Dərc olundu: 27.09.2026 Çap
AFFA-nın təşkilatçılığı ilə keçirilən U Liqalarında 2026/2027-ci illər mövsümünə start verilib.
Sentyabrın 26-da U-8, U-9, U-10, U-11 və U-12 liqalarında yeni mövsümün ilk turunun oyunları keçirilib. Qarşılaşmalar Bakı, Gəncə, Mingəçevir, Tovuz, Zaqatala, Ağsu, Saatlı, Ağcabədi, Lənkəran və Siyəzən zonalarında təşkil olunub.
U Liqalarında yeni mövsümə start verilib
Bakı zonasında U-12 Liqasının ilk turunun oyunları Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilib.
İlk turun oyunları çərçivəsində komandalar yeni mövsümdə mübarizəyə başlayıb. Görüşlər gənc futbolçuların oyun təcrübəsi qazanması və inkişafının dəstəklənməsi baxımından da əhəmiyyət daşıyıb.
U-8, U-9, U-10, U-11 və U-12 liqalarında oyunların mövsüm ərzində təsdiq edilmiş yarış təqvimi və qaydalara uyğun olaraq davam etdirilməsi nəzərdə tutulur.
 
Baş Sponsor