az en
News / UEFA Pro kursunu başa vuran məşqçilərə lisenziya və diplomlar təqdim olunub

UEFA Pro kursunu başa vuran məşqçilərə lisenziya və diplomlar təqdim olunub

AFFA Dərc olundu: 07.10.2026 Çap
AFFA Təhsil və Reabilitasiya Mərkəzinin iclas zalında UEFA Pro kursunu uğurla başa vuran məşqçilərə lisenziya və diplomların təqdim olunması mərasimi keçirilib.
 
UEFA Pro kursunu başa vuran məşqçilərə lisenziya və diplomlar təqdim olunub
Təqdimetmə mərasimində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, texniki direktor Edmond Klaus və təhsilin rəhbəri Aslan Kərimov iştirak ediblər.
Qeyd edək ki, UEFA Pro kateqoriyası məşqçilər üçün ən yüksək səviyyəli lisenziyadır. AFFA tərəfindən təşkil olunan Pro kateqoriyalı məşqçi kursları UEFA-nın müvafiq tələblərinə uyğun olaraq keçirilir və kursu uğurla başa vuran mütəxəssislərə UEFA Pro lisenziyası təqdim olunur.
Kursu uğurla başa vuran məşqçilərə UEFA Pro lisenziyası və diplom təqdim olunub.
 
Baş Sponsor