WUF13 çərçivəsində Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə 20 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək 2027-ci il dünya çempionatına həsr olunmuş xüsusi interaktiv stend quraşdırılıb.
AFFA-nın təşkilatçılığı ilə təqdim olunan, müasir dizayn və futbol atmosferini əks etdirən konsept əsasında hazırlanan stend ziyarətçilərə məlumat toplamaq, müxtəlif interaktiv fəaliyyətlərdə iştirak etmək və dünya çempionatının həyəcanını yaxından hiss etmək imkanı yaradır. Stend həm yerli, həm də xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, interaktiv stend mayın 22-dək WUF13 iştirakçıları və qonaqlarının istifadəsində olacaq.