Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanları anılıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi və əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.