az en
News / “Yaxşılaşdırmalı olduğumuz elementlər var”

“Yaxşılaşdırmalı olduğumuz elementlər var”

Məşqçilər Dərc olundu: 14.10.2024 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının IV turu çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə keçirilən oyundan (1:3) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Yaxşılaşdırmalı olduğumuz elementlər var”
“68 dəqiqə kifayət qədər yaxşı performans göstərdik. Qələbə üçün hər şeyi etdik, üstün tərəf biz idik. Bəxt amili rəqibin tərəfində oldu. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Meydanda azlıqda qaldıqdan sonra oyunu dəyişmək çətinləşdi. Yenə də 4-5 qol vəziyyəti yaratdıq. Düşünürəm ki, Mahir Emrelinin qırmızı vərəqə aldığı epizodda hakimin qərarı mübahisəyə açıqdır. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Onların üzərində işləməliyik. Komandada müəyyən potensial görürəm. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. İsveç, Estoniya və Slovakiya ilə oyunlarda yaratdığımız qol vəziyyətləri gələcək üçün müsbət düşünməyə zəmin yaradır”.
Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 16-da evdə Estoniya yığmasına qarşı keçirəcək.
Baş Sponsor