az en
News / U-15 Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

U-15 Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

U-15 liqası Dərc olundu: 09.05.2026 Çap
AFFA U-15 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
U-15 Liqasının qalibləri mükafatlandırıldı (fotolar)
Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.
Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan-Yevlax”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.
 
Baş Sponsor