AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
XVII tur çərçivəsində martın 24-də keçiriləcək “Dirçəliş” – “Sabah” (12:30) matçı və martın 25-də təşkil olunacaq “Qəbələ” – “Təhsil 8 İOEUGİM” (14:00) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.