az en
News / Yüksək Qızlar Liqasında iştirak etmək istəyən komandaların nəzərinə

Yüksək Qızlar Liqasında iştirak etmək istəyən komandaların nəzərinə

Yüksək Liqa (Qızlar) Dərc olundu: 20.05.2026 Çap
AFFA-nın bayrağı altında keçiriləcək Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klubların müraciətləri 20-29 may 2026-cı il tarixləri arasında qəbul olunacaq.
Yüksək Qızlar Liqasında iştirak etmək istəyən komandaların nəzərinə
Klublar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Bununla yanaşı, Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş yeni komandalar üçün 1–22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü tətbiq olunacaq. Bu prosesi uğurla tamamlayan klublar yarışda iştirak hüququ qazanacaqlar.
Baş Sponsor