az en

Rövnəq Abdullayev

Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb. 2005-ci il dekabrın 9-dan 2022-ci il fevralın 10-dək Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində çalışıb. 2022-ci il fevralın 10-da  Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib. 2005-ci və 2010-cu illərdə keçirilən üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 2004-2008-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışıb. 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
 
Baş Sponsor 
Partnyorlar