az en
News / AFFA-dan UEFA prezidentinə dəstək

AFFA-dan UEFA prezidentinə dəstək

UEFA Dərc olundu: 28.08.2018 Çap
AFFA rəhbərliyi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.
 
AFFA-dan UEFA prezidentinə dəstək
Bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib.
Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksander Çeferinin namizədliyini dəstəkləmişdi.
 
Baş Sponsor 
Partnyorlar