az en
News / Baş katib komitə sədri seçilib

Baş katib komitə sədri seçilib

UEFA Dərc olundu: 31.05.2019 Çap
Mayın 29-da Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildi.
 
Baş katib komitə sədri seçilib
İclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.
 
Baş Sponsor 
Partnyorlar