az en
News / Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Dərc olundu: 12.05.2017 Çap
Bu gün AFFA-nın  Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və “Premyer Liqa” yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
Lisenziya Komissiyasının iclası keçirilib
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2016) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“İnter” PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, “Sumqayıt” FK, “Zirə” PFK
  
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Kəpəz” PFK, “Səbail” PFK
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
AZAL PFK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, "Şəmkir" FK.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Qeyd: 
1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n (Buraxılış 2016) 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
2. “Zirə” PFK-nın müraciətinə baxılərkən UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınmışdır.
 
Baş Sponsor 
Proyekt Partnyorları