az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 03.11.2015 Çap
2 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
 
İntizam Komitəsinin qərarları
2 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XI turunun “Rəvan” – “Xəzər Lənkrəran” matçında 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
30 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “İnter”  – “Zirə” matçının 71-ci dəqiqəsində “Zirə” klubunun 40 №-li futbolçusu Təmraz Əmircanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 95 №-li futbolçusu Azər Yusifov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
31 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Sumqayıt” – “Neftçi” matçının 64-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Şahin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
29 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 9 №-li futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Göyəzən” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk etmiş və 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq, klub 1000 manat cərimə olunur (maddə 53.2). Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.
30 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Bakı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
30 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
30 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
28 oktyabr 2015-ci il U-19 Liqasının “Rəvan” – “Bakı” matçında ev sahibi “Rəvan” komandası təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.1).
28 oktyabr 2015-ci il  U-19 Liqasında “Sumqayıt” – AZAL matçının 47-ci dəqiqəsində “Sumqayıt” klubunun 8 №-li futbolçusu Orxan Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
26 oktyabr 2015-ci il  U-17 Liqasında “Xəzər Lənkəran” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu İlkin Həsənli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 oktyabr 2015-ci il  U-16 Liqasında “Bakı” – “Neftçi PFK” matçının 57-ci dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Nail Alışanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 61-ci dəqiqəsində “Bakı” klubunun 9 №-li futbolçusu Riad Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2015-ci il U-14 Liqasının “Neftçi İK İB” – “Bakı” matçının 42-ci dəqiqəsində “Neftçi”  klubunun 19 №-li futbolçusu Nihad Zamanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2015-ci il U-14 Liqasının “Füzuli” – UGİM (Beylaqan) matçının 55-ci dəqiqəsində UGİM klubunun 4 №-li futbolçusu Zaur İmanzadə və “Füzuli”  klubunun 16 №-li futbolçusu Büsat Məmmədov bir-birini təhqir etdiyinə görə meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 2 oyunluq cəzalanır (maddə 42.3).
25 oktyabr 2015-ci il Coca-Cola U-13 Liqasının UGİM (Masallı) – Dinamo (Yardimlı) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2015-ci il Coca-Cola U-13 Liqasının “Daşqın” (Zaqatala) – UGİM(Yevlax) matçının 21-ci dəqiqəsində “Daşqın” klubunun 5 №-li futbolçusu Süleyman Damadayev rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
25 oktyabr 2015-ci il Coca-Cola U-13 Liqasının UGİM (Şəki) – UGİM (Zaqatala) matçında UGİM (Zaqatala) klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
31 oktyabr 2015-ci il Coca-Cola U-13 Liqasının UGİM (Xaçmaz) – ŞKGB matçının 44-cü dəqiqəsində UGİM klubunun 15 №-li futbolçusu Murad Dadaşov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
1 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasının “Gənclik UGİM-2” (Gəncə) – “UGİM Göygöl” (Göygöl) matçında “Gənclik UGİM-2” komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2015-ci il U-12 Liqasının “Təhsil” (Neftçala) – “Dinamo” (Yardımlı) matçında “Dinamo” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 noyabr 2015-ci il U-12 Liqasının “Təhsil TFM” (Bakı) – “Xəzri İK” (Bakı) matçında Təhsil TFM heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 noyabr 2015-ci il  U-12 Liqasında “Rəvan” – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Novruz Əmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
31 oktyabr 2015-ci il U-10 Liqasının UGİM (Şabran) – ŞKGB matçında ŞKGB komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
U-10 Liqasının “Bakı” FK klubu heyətində yetərsayı təmin edə bilmədiyinə görə yarışlarda iştirakdan imtina etməsi haqqında rəsmi müraciət etmişdir. Bunu nəzərə alaraq “Bakı” FK klubu U-10 liqasında keçirilən yarışlardan kənarlaşdırılır, klub oyunların  50%-dən az oyun keçirdiyinə görə klubunu butun nəticələri ləğv olunur (maddə 56).
24 oktyabr 2015-ci il U-10 Liqasında “Sumqayıtspor” – İOEUGİM matçının 25-ci dəqiqəsində “Sumqayıtspor” klubunun məşqçisi Kərimov Kənan texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
31 oktyabr 2015-cİ il futzal üzrə Azərbaycan çempionatı “Ekol” – “Neftçi” matçının 13-cü dəqiqəsində EKOL klubunun 23 №-li futbolçusu Arçil Sebiskvezadre sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2015-ci il futzal üzrə Azərbaycan  birinciliyinin “Titan” – “Hunday” matçının 41-ci dəqiqəsində “Hunday” klubunun 3 №-li futbolçusu Elşən Piriverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).Oyunun 36-ci dəqiqəsində “Hunday” klubunun 9 №-li futbolçusu İsfəndiyar Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
1 noyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “R.R.CLUB” – “Bakufire” matçının 34-cü dəqiqəsində “R.R.CLUB” klubunun 22 №-li futbolçusu Valeh Hətəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
31 oktyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin FHN – “Admiral” matçının 26-cı dəqiqəsində “Admiral” klubunun 26 №-li futbolçusu Namiq Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Qatar”  – “Forza Neftçi” matçının 14-cü dəqiqəsində “Forza Neftçi” klubunun 7 №-li futbolçusu Yadulla Əmirəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 26-cı dəqiqəsində “Qatar” klubunun 33 №-li futbolçusu Bəhruz Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). “Forza Neftçi” klubunun baş məşqçisi Zamin Əliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
1 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqaının “Vətən” – “Gənclik” İK matçının 80-cı dəqiqəsində “Gənclik” İK klubunun 16 №-li futbolçusu Okeçi Kingsley kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
 
Baş Sponsor 
Partnyorlar