az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.11.2015 Çap
7 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XII turunun AZAL – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
6 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VIII turunun MOİK – “Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Oyunun 54-cü dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur(maddə 42.3).
Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 62).
6 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şahdağ”  – “Mil-Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
2 noyabr 2015-ci il  U-17 Liqasında “Kəpəz” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 97 №-li futbolçusu İlyas İlyasov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 20 №-li futbolçusu Sabit Quliyev,  2 №-li futbolçusu Fərid Əliyev və “İnter” klubunun  1 №-li futbolçusu Əli Kərimov kütləvi dava-dalaşda iştirak etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 5 oyunluq cəzalanır (maddə 39.1).
6 noyabr 2015-ci il  U-15 Liqasında “İnter” – “Neftçi” matçının 55-ci dəqiqəsində “İnter” klubunun 4 №-li futbolçusu Samir Oruclu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 62-ci dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
5 noyabr 2015-ci il U-16 Liqasının “Əlincə” – “Rəvan” matçının 22-ci dəqiqəsində “Əlincə”  klubunun 21 №-li futbolçusu Nizami Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 77-ci dəqiqəsində “Rəvan”  klubunun 7 №-li futbolçusu Əziz Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
2 noyabr 2015-ci il  U-17 Liqasında AZAL – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun 20 №-li futbolçusu Nicat Sərdarlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
2 noyabr 2015-ci il U-17 Liqasının “Rəvan” – “Xəzər Lənkəran” matçının 68-ci dəqiqəsində “Xəzər Lənkəran”  klubunun 82 №-li futbolçusu Şamxal Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 81-ci dəqiqəsində “Rəvan”  klubunun 9 №-li futbolçusu Orxan Cəfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2015-ci il U-19 Liqasının “Neftçi İB” – “Xəzər Lənkəran” matçında ev sahibi “Neftçi İB” komandası təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.1).
4 noyabr 2015-ci il U-19 Liqasının AZAL – “Neftçi” matçının 63-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Aslan Babazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 90-cı dəqiqəsində AZAL  klubunun 4 №-li futbolçusu Əsgər Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
6 noyabr 2015-ci il U-15 Liqasının “Qarabağ” – “Neftçi İK İB” matçının 51-ci dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Elşad Hətəmzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
6 noyabr 2015-ci il U-16 Liqasının “Neftçi İK İB” – “Vətən” matçının 51-ci dəqiqəsində “Neftçi İK İB” klubunun 15 №-li futbolçusu Rüstəm Əsədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
9 noyabr 2015-ci il U-12 Liqasının Dinamo (Yardimlı) – UGİM (Biləsuvar) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır(maddə 56).
9 noyabr 2015-ci il U-12 Liqasının “Şirvan” – “Ağsu” matçının 45-ci dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Tural Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
9 noyabr 2015-ci il U-14 Liqasının UĞUR Gİİ (Ucar) – UGİM (Şamaxı) matçının 46-ci dəqiqəsində UGİM klubunun 6 №-li futbolçusu Tərlan İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
7 noyabr 2015-ci il  U-13 Liqasında “Həkəri” – UGİM matçının 31-ci dəqiqəsində UGİM (Xızı) klubunun 16 №-li futbolçusu Xəyal Mirzəyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
7 noyabr 2015-ci il  U-12 Liqasında UGİM (Siyəzən) – UGİM (Xaçmaz) matçının 44-cü dəqiqəsində UGİM (Siyəzən) klubunun 3 №-li futbolçusu Kənan Şirəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
9 noyabr 2015-ci il U-13 Liqasının Təhsil (Neftçala) – Dinamo (Yardimlı) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2015-ci il U-14 Liqasının Muğan (Salyan) – Dinamo (Yardimlı) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2015-ci il U-10 Liqasının UGİM (Masallı) – Dinamo (Yardimlı) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2015-ci il U-12 Liqasının “Kürdəmir Gİİ” – “Sabirabad”  matçında “Sabirabad” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
7 noyabr 2015-ci il U-13 Liqasının “Xudafərin” – “Bəhrəmtəpə”  matçında “Bəhramtəpə” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
30 oktyabr 2015-ci il U-13 Liqasının “Şirvan” – “Göyçay Gİİ”  matçında “Göyçay Gİİ”  komandası limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
31 oktyabr 2015-ci il U-10 Liqasının UGİM (Göyçay) – “Göyçay Gİİ”  matçında  UGİM  klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 noyabr 2015-ci il U-12 Liqasında “Neftçi” – “Vətən RİOEUG” matçında  “Vətən RİOEUG” klubunun məşqçisi Namiq Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
7 noyabr 2015-ci il U-13 Liqasının “Rəvan” – “Neftçi” matçının 44-cü dəqiqəsində “Neftçi”  klubunun 4 №-li futbolçusu Rəvan Nağıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3). Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Həsən Seyfullayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
1 noyabr 2015-ci il U-12 Liqasının "Qızıl Əlcək" (Xırdalan) – "Həkəri" (Qubadlı) matçında "Həkəri"  klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2015-ci il U-17 Liqasının "Sumqayıt" – "Turan"  matçında "Turan"  klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 noyabr 2015-ci il futzal üzrə Azərbaycan  birinciliyinin “Hunday” – “R.R. Club” matçının 42-ci dəqiqəsində “R.R. Club” komandasının 1 №-li futbolçusu Ziyad Əsgərov aqressiv hərəkətə, rəqibə bilərəkdən əl və ayaqla zərbəyə, qırmızı vərəqə aldıqdan sonra hakimlərə, rəqibə və federasiyasının işçilərinə qarşi nalayıq ifadələr işlədərək hakimə qarşı fiziki təsir göstərdiyinə görə 2 il müddətinə futbol oyunlarından kənarlaşdırılır(maddə 38.7). Oyunun 44-cü dəqiqəsində “R.R. Club” komandasının 7 №-li futbolçusu Emil Kərimov aqressiv hərəkət, qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir və hakimə qarşı fiziki təsir göstərdiyinə görə 2 il müddətinə futbol oyunlarından kənarlaşdırılır(maddə 38.7).
9 noyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin İFFA – “Verdant” matçının 27-ci dəqiqəsində İFFA klubunun 9 №-li futbolçusu Rafael Nağıyev və “Verdant” klubunun 25 №-li futbolçusu Qurban Orucov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
1 noyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin BEGOC – “Forza Neftçi” matçı başa çatdıqdan sonra “Forza Neftçi” klubunun 20 №-li futbolçusu Rüfət Rzayev hakimə qarşı fiziki təzyiq göstərdiyinə və hakimi təhqir etdiyinə görə futbolçu 14 oyunluq cəzalanır  (maddə 38.6). (maddə 42.3).
8 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqaının RİOENGİM – “Gənclik” İK matçının 17-ci dəqiqəsində RİOENGİM klubunun 12 №-li futbolçusu Elnur Hüseynov və “Gənclik” klubunun 2 №-li futbolçusu Kola Adaneji rəbiqə bilərəkdən zərbə endirdiyinə görə meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
 
Baş Sponsor 
Partnyorlar