az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.11.2015 Çap
21 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
22 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIII turunun “Rəvan” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
23 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). “İnter” klubunun oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li formayla çıxmışdır. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasıni dəyişmişdir. Bununla əlaqədər olaraq İntizam Komitəsi "İnter" klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edir.
21 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Rəvan”  – “Zirə” matçında “Rəvan”  klubunun 5, “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur  (maddə 40).
22 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “İnter”  – AZAL matçında “İnter”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40). Oyunun 29-cu dəqiqəsində AZAL klubunun 49 №-li futbolçusu Məhəmməd Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
19 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun X turunun “Ağsu” – “Göyəzən” matçının 35-ci dəqiqəsində “Ağsu” klubunun 17 №-li futbolçusu Malik Babayev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
19 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun X turunun “Mil-Muğan” – “Bakı” matçında “Mil-Muğan” klubunun 4, “Bakı”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Elmin Əsgərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən azərkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 37.1) (maddə 42.1). Oyunun 89-cu dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
20 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun X turunun MOİK – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
18 noyabr 2015-ci il U-19 Liqasının AZAL – “Kəpəz” matçının 80-ci dəqiqəsində “Kəpəz” klubunun 16 №-li futbolçusu Eltac Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 noyabr 2015-ci il U-19 Liqasının “Qəbələ” – “Rəvan” matçının 88-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Turan Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Bakı” – “İnter”  matçının 57-ci dəqiqəsində “İnter” klubunun 39 №-li futbolçusu Kamran Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Vətən” – “Sumqayıt”  matçının 90+2-ci dəqiqəsində “Vətən” klubunun 16 №-li futbolçusu Cuma Orucov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
19 noyabr 2015-ci il U-16 Liqasında “Əlincə” – “Bakı” matçının 60-cı dəqiqəsində “Əlincə” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
16 noyabr 2015-ci il U-14 Liqasının “Məhsul” (Cəlilabad) – “Neftçi” İK İB(Neftçala) matçının 25-ci dəqiqəsində “Məhsul” klubunun 11 №-li futbolçusu Rəşad Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
16 noyabr 2015-ci il  U-14 Liqasında “Dinamo” (Masallı) – “Masallı” (Masallı) matçının 15-ci dəqiqəsində “Dinamo” klubunun 6 №-li futbolçusu Elnur Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 noyabr 2015-ci il U-14 Liqasının “Zirə” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 13-cü dəqiqəsində “Zirə” klubunun 5 №-li futbolçusu Qoçəli Qədimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 noyabr 2015-ci il U-14 Liqasının “Vətən”(Bakı) – “Rəvan”(Bakı) matçının 46-cı dəqiqəsində “Vətən” klubunun 14 №-li futbolçusu Mürvət Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 noyabr 2015-ci il U-14 Liqasının UGİM 14 (Binəqədi) – UGİM-1 (Sumqayıt) matçında UGİM 14 klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 noyabr 2015-ci il U-14 Liqasının UGİM (Biləsuvar) – Dinamo (Yardımlı) matçında “Dinamo” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
21 noyabr 2015-ci il U-14 Liqasının Lerik Zirvə (Lerik) – UGİM (Astara) matçında Lerik Zirvə klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il U-14 Liqasının Xəzər Lənkəran  – Lerik Zirvə (Lerik) matçında Lerik Zirvə klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
Coca-Cola U-13 Liqasında “Sərhədçi” komandasına aşağıda göstərilən oyunlara gəlməkdən imtina etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56) və klub yarışlardan kənarlaşdırılır:
 
14.11.2015.  Sərhədçi - Neftçi İK İB
17.11.2015.  Bakı - Sərhədçi
21.11.2015.  Sərhədçi - Rəvan
 
21 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasının Dinamo (Yardımlı)  – UGİM (Biləsuvar) matçında Dinamo klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
21 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasının “Təhsil-TİM” (Gəncə) – “Şəms” UGİM-1 (Gəncə) matçının 50-ci dəqiqəsində “Təhsil-TİM” klubunun 5 №-li futbolçusu  Əbdüləli Qasımov  komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
22 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasının UGİM (Top Qapı) – UGİM (Naftalan) matçının 35-ci dəqiqəsində UGİM (Naftalan) klubunun 8 №-li futbolçusu Nurlan İsmayılov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə38.3).
21 noyabr 2015-ci il U-11 Liqasının Dalğa (Lənkəran)  – Separadı Bələdiyyəsi (Lənkəran) matçında Dalğa klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il U-11 Liqasının UGİM Gənclərbirliyi (Gəncə)  – Gəncə TİM (Gəncə) matçında  UGİM Gənclərbirliyi komandası limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
22 noyabr 2015-ci il U-11 Liqasının UGİM (Astara)  – Dalğa (Lənkəran) matçında Dalğa klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
18 noyabr 2015-ci il U-11 Liqasının "Qarabağ" (Ağdam)  – "Neftçi" İK İB (Bakı) matçında "Qarabağ" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il U-10 Liqasının “Təhsil TİM” (Gəncə) – “Qoşqar” UGİM-2 (Gəncə) matçında Təhsil TİM komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il U-10 Liqasının "Muğan" (Salyan)  – "Dinamo" (Yardımlı) matçında "Dinamo" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 noyabr 2015-ci il U-10 Liqasının “Xəzər Lənkəran” (Lənkəran) – “Dalğa” (Lənkəran) matçında "Dalğa" komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin "Forza Neftçi" – “Amrahbank” matçının 20-ci dəqiqəsində “Amrahbank” klubunun 6 №-li futbolçusu Erkin Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
Baş Sponsor 
Partnyorlar