az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 01.12.2015 Çap
28 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIV turunun “Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun 9 №-li futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
29 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyunun fasiləsi zamanı “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
30 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
26 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Kəpəz”  – “İnter” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Budaq Nəsirov aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 38.1).
27 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Zirə”  – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Zirə” klubunun 15 №-li futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
29 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qəbələ” – “Rəvan” matçının 88-cı dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
26 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş vermiş və  oyun 5 dəqiqə dayandırılmışdır. Belə ki, "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə calışmış və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə etmişdir. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunmuş və sonadək oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, klub 1000 manat cərimə olunur (maddə 53.2).
Meydan sahibi komanda stadionun təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunur (maddə 50).
26 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Davud Kərimi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun fasiləsi zamanı “Ağsu” klubunun futbolçusu Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
27 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Bakılı”  – “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
27 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 22 №-li futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydani tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə  5 oyun cəzalanır, klub 500 manat cərimə olunur. (maddə 38.5).
27 noyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XI turunun MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Rəşad Hacızadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
25 noyabr 2015-ci il U-19 Liqasının “Rəvan” – “Sumqayıt” matçının 5-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Elvin Yunusov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Bakı” matçının 75-ci dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Məhərrəm Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran”  matçının 75-ci dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Cəfər Cəfərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Zirə” – “Turan” İB  matçının 33-cü dəqiqəsində “Zirə” klubunun 9 №-li futbolçusu Balağa Verdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
26 noyabr 2015-ci il U-16 Liqasının “Neftçi” İK İB – “Xəzər Lənkəran”  matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 90 №-li futbolçusu Nurlan Fərəcli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
26 noyabr 2015-ci il U-16 Liqasının “Vətən” – “Neftçi” matçı başa çatdıqdan sonra “Vətən” klubunun rəsmi şəxsləri Məmməd Teymurov və Müşfiq Qəmbərov hakimlər briqadasını təhqir etdiylərinə görə hər biri 5 oyun cəzalanır (maddə 42.4).
26 noyabr 2015-ci il U-16 Liqasının “Bakı” – “Rəvan” matçının 77-ci dəqiqəsində “Bakı” klubunun 9 №-li futbolçusu Riyad Abbaszadə, 10 №-li futbolçusu Ayxan Abbasquliyev və 14 №-li futbolçusu Kamil Hüseynov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə38.3).
26 noyabr 2015-ci il U-16 Liqasının “İnter” – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 16 №-li futbolçusu Elvin Cəfərquliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
16 noyabr 2015-ci il  U-14 Liqasında “Zirə” (Bakı) – “Sumqayıt” (Sumqayıt) matçının 52-ci dəqiqəsində “Zirə” klubunun 14 №-li futbolçusu Elnur Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasında “Vətən” (Bakı) – “Təhsil” TFM (Bakı) matçının 14-cü dəqiqəsində “Təhsil” klubunun 14 №-li futbolçusu Nahid Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 noyabr 2015-ci il Coca-Cola U-13 Liqasında UGİM (Xızı) – “Təhsil” RİM (Sumqayıt) matçında UGİM klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
29 noyabr 2015-ci il U-12 Liqasının “Boradigah” (Masallı) – “Zirvə” (Lənkəran) matçında “Boradigah” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 noyabr 2015-ci il U-10 Liqasının “Kəpəz” (Gəncə) – “Təhsil” TİM (Gəncə) matçında “Təhsil” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqaının “Cəfər 313” (Bakı) – “Baku Seltik” matçının 60-cı dəqiqəsində “Baku Seltik” klubunun 10 №-li futbolçusu David Musazadə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 60-cı dəqiqəsində “Baku Seltik” komandası meydanı tərk etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyətlər verilir (maddə 53).
21 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqaının “Xəzər” (Bakı) – “Redstar” matçının 65-ci dəqiqəsində “Red Star” klubunun 4 №-li futbolçusu Uğur Bagmanov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə38.3). Oyunun 65-ci dəqiqəsində “Xəzər” klubunun 67 №-li futbolçusu Ceyhun Xəlilov rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə38.2). Oyunun 70-ci dəqiqəsində “Red Star” klubunun 11 №-li futbolçusu Nurhan Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Army Baku” (Bakı) – “AEU” matçının 60-cı dəqiqəsində “AEU” klubunun 1 №-li futbolçusu Samir Mövlanov  sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Bailov Rovers” (Bakı) – “Gənclik” İK (Bakı) matçının 59-cu dəqiqəsində “Bailov Rovers” klubunun 3 №-li futbolçusu Stuart King idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar