az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 08.12.2015 Çap
2 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
2 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin AZAL – “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun 24 №-li futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
3 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun  rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur(maddə 42.4).
3 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Qəbələ”  – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun 25 №-li futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
6 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
7 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” və “Kəpəz” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur  (maddə 40). Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
7 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
5 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Neftçi”  – “Zirə” matçında “Zirə”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40). Oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun 51 №-li futbolçusu Xaqan Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
5 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran”  – “Qəbələ” matçında “Xəzər Lənkəran”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
30 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Bakı” – AZAL matçının 87-ci dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Ənvər Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
30 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Rəvan” – “Neftçi” İK İB matçının 62-ci dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Elvin Kərimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
30 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Turan” İB – “Qəbələ” matçının 31-ci dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Əmrah Zülfüqarlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.1). Oyunun 60-cı dəqiqəsində “Turan” İB klubunun 5 №-li futbolçusu Eldar Şirməmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).
30 noyabr 2015-ci il Bakcell U-17 Liqasının “Neftçi” – “Vətən” matçının 9-cu dəqiqəsində “Vətən” klubunun 1 №-li futbolçusu Şirin Şirinov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 77-ci dəqiqəsində “Neftçi” klubunun 13 №-li futbolçusu Əli Ağazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
3 dekabr 2015-ci il U-16 Liqasının “Qəbələ” – “Vətən” matçının 79-cu dəqiqəsində “Vətən” klubunun 10 №-li futbolçusu Samir Alıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
1 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Turan” İB – “Təhsil” TFM matçının 59-cu dəqiqəsində “Təhsil” klubunun 19 №-li futbolçusu Həsən Kərimov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
5 dekabr 2015-ci il U-14 Liqasının “Xəzri” İK (Bakı) – “Zirə” matçında “Zirə” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
6 dekabr 2015-ci il U-14 Liqasında “Təhsil” RİM (Sumqayıt) – İOEUGİM (Sumqayıt) matçının 58-ci dəqiqəsində İOEUGİM klubunun 9 №-li futbolçusu Əliruslan Əbilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
5 dekabr 2015-ci il  U-14 Liqasında UGİM (Naftalan) – “Aran” (Ağcabədi) matçının 55-ci dəqiqəsində UGİM  klubunun 46 №-li futbolçusu Təbriz Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 58-ci dəqiqəsində “Aran” klubunun 17 №-li futbolçusu Ağa Quliyev rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
5 dekabr 2015-ci il futzal üzrə Azərbaycan çempionatının "Praym Hold" – “Neftçi” matçının 25-ci dəqiqəsində “Praym Hold” klubunun 5 №-li futbolçusu İlham İsgəndərovun idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
5 dekabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin "Standard" – “Qatar” matçının 25-ci dəqiqəsində “Standard” klubunun 4 №-li futbolçusu Əfqan Camalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 29-cu dəqiqəsində “Standard” klubunun 14 №-li futbolçusu Elşad Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
21 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Çağırğan” (Sabirabad) – “Şərur” matçının 76-cı dəqiqəsində “Şərur” klubunun 11 №-li futbolçusu Ramal Əhmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 25-ci dəqiqəsində “Çağırğan” klubunun 5 №-li futbolçusu Tofiq Aslanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
5 dekabr 2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Balaxanı” (Bakı) – “Armi Baku” matçının 8-ci dəqiqəsində “Balaxanı” klubunun 1 №-li futbolçusu Ruslan Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
6 dekabr  2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Binə” (Bakı) – “Gənclik” İK (Bakı) matçının 75-ci dəqiqəsində “Gənclik” İK klubunun 1 №-li futbolçusu Mirfaiq Abdullayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
6 dekabr 2015-ci Azərbaycan Həvəskarlar liqasının “Suraxanı” (Bakı) – “Old-school” (Bakı) matçında “Old-school” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar