az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 15.12.2015 Çap
11 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
11 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4, “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur  (maddə 40).
13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Şəmkir” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 89-cu dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
13 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Mil-Muğan” – “Göyəzən” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 80-ci dəqiqəsində “Göyəzən” klubunun 10 №-li futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 86-cı dəqiqəsində “Göyəzən” klubunun  9 №-li futbolçusu Fazil Vəliyev azarkeşləri təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
14 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – “Qaradağ-Lökbatan” matçının 56-cı dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
7 dekabr 2015-ci il Bakcell U-17 Liqasının AZAL – “Rəvan”  matçının 84-cü dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu Mahir İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
9 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Sumqayıt” – “Zirə” matçının 88-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Allahverdi Tarıverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 dekabr 2015-ci il U-16 Liqasının “Qarabağ” – “Zirə” matçının 39-cu dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Ərşad Xankişiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
8 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının AZAL – “Rəvan” matçının 25-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu İsmayıl Nuriyev və “Rəvan” klubunun 7 №-li futbolçusu Rüfət Qədirov bir-birilərini vurduğlarına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
8 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Qəbələ” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Kəpəz” – “Zirə” matçının 70-ci dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Babək Mehdiyev rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
8 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının Təhsil” TFM – Ağsu matçının 47-ci dəqiqəsində “Təhsil” klubunun 21 №-li futbolçusu Söhrab Mirağayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
13 dekabr 2015-ci il U-10 Liqasının UGİM (Yevlax) – UGİM (Mingəçevir) matçında UGİM (Mingəçevir) komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Coca-Cola U-13 Liqasının UGİM Gənclərbirliyi (Gəncə) komandasanın heyətində Budaqov Elcan adlı futbolçunun sənədlərinin saxta olması AFFA-nın qeydiyyat və statistika şöbəsi tərəfindən aşkarlanmış və bu barədə İntizam Komitəsinə məlumat verilmişdir. İntizam komitəsi bütün bunları nəzərə alaraq aşağıdakı qərarı qəbul edir:
Futbolçunun iştirakilə keçirilən matçlara görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51.2).
UGİM Gənclərbirliyi - Səhra UGİM-1
Qoşqar UGİM-2 - UGİM Gənclərbirliyi
21 noyabr 2015-ci il Azərbaycan Həvəskarlar liqasının “Sabunçu” – “Vətənriosim” matçının 70-ci dəqiqəsində “Vətənriosim” komandası meydanı özbaşına tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi saxlanılır (maddə 53).
 
Baş Sponsor 
Partnyorlar