az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 18.12.2015 Çap
15 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVII turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ” klubunun 29 №-li futbolçusu Rydell Poepon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
17 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Neftçi” – AZAL matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçının 44-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu İsmayıl Aslanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
 
Baş Sponsor 
Partnyorlar