az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 22.12.2015 Çap
19 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
20 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 №-li futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1). Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azarkeşi tərəfindən “Neftçi” klubunun azarkeşlərinə daş atılmışdır. Bu səbəbdən də "Kəpəz" klubu  ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunur (maddə 50).
20 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
19 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Kəpəz” – “Neftçi” matçının 50-ci dəqiqəsində “Neftçi” klubunun 62 №-li futbolçusu Ömər Buludov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub100 manat cərimə olunur (maddə 48).
19 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4, “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki  klub 500 manat cərimə olunur  (maddə 40).
18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Göyəzən” – “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Neftçala” – “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki  klub 100 manat cərimə olunur  (maddə 40).
14 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “İnter”  matçının 82-ci dəqiqəsində “İnter” klubunun 61 №-li futbolçusu Fəhmin Hüseynli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 65-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun baş məşqçisi Ağadadaş Həmidov və “İnter” klubunun baş məşqçisi Xəyal Mustafayev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün hər biri 1 oyun cəzalanır (maddə 62).
14 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Bakı” – “Kəpəz” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 9 №-li futbolçusu Ruslan Həsənov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
17 dekabr 2015-ci il U-16 Liqasında “Əlincə” – “Vətən” matçının 31-ci dəqiqəsində “Vətən” klubunun 1 №-li futbolçusu Emin İmanzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 dekabr 2015-ci il U-16 Liqasının “Neftçi” – “Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 2 №-li futbolçusu Şükür Babayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
17 dekabr 2015-ci il U-16 Liqasının “Kəpəz” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
15 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Təhsil” TFM – “Zirə” matçında “Təhsil” klubunun heyətində turu buraxmalı olan oyunçu meydana cıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
15 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Neftçi” İK İB – “Turan” İB matçının 62-ci dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqiçisi Meyhan Yunusov hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
19 dekabr 2015-ci il U-14 Liqasının “Sabirabad” – “Göyçay” Gİİ matçının 70-ci dəqiqəsində “Sabirabad” klubunun 9 №-li futbolçusu Nemət Əzimov rəqibi  vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
20 dekabr 2015-ci il Coca- Cola U-13 Liqasının UGİM (Göyçay) – “Məhsul” (Zərdab) matçında UGİM komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 dekabr 2015-ci il Coca- Cola U-13 Liqasının “Qəbələ” – “Bakı” matçının 41-ci dəqiqəsində “Qəbələ” klubunun 12 №-li futbolçusu Nemət Əzimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
19 dekabr 2015-ci il Coca- Cola U-13 Liqasının “İnter” – “Neftçi” matçının 50-ci dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rəvan Nağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
19 dekabr 2015-ci il U-12 Liqasının “Qudalyalçay” (Xaçmaz) – UGİM (Şabran) matçının 47-ci dəqiqəsində “Qudyalçay” klubunun 16 №-li futbolçusu Turan Əliyev və 15 №-li futbolçusu Aqşin Mütəllimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
 
Baş Sponsor 
Partnyorlar