az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 29.11.2017 Çap
26 noyabr 2017-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XIII turunun “Zirə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
26 noyabr 2017-ci il, 2017/2018-cil il mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Neftçi” – “Keşlə” matçının 72-ci dəqiqəsində “Neftçi” klubunun 43 №-li futbolçusu Rəhman Daşdəmirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
26 noyabr 2017-ci il, 2017/2018-cil mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Kəpəz” – “Qəbələ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
25 noyabr 2017-ci il, 2017/2018-ci il mövsümündə, Azərbaycan I divizionun XI turunun “Ağsu” – “Şüvəlan” matçının 77-ci dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
25 noyabr 2017-ci il, 2017/2018-ci il mövsümündə, Azərbaycan I divizionun XI turunun “Binə” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. 
20 noyabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Zirə” – “Səbail” matçının 75-ci dəqiqəsində “Zirə” klubunun  baş məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
26 noyabr 2017-ci il, U-16 Liqasında , “Turan Tovuz” – “Keşlə” matçının 20-ci dəqiqəsində “Keşlə” klubunun 4 №-li futbolçusu Fərid Muxtarov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılır.
27 noyabr 2017-ci il Bakcell U-17 Liqasında, “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
26 noyabr 2017-ci il U-14 Liqasında, “Mançester Yunayted” – “Sumqayıt” matçında “Sumqayıt” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
26 noyabr 2017-ci il, U-14 Liqasında , “Kəpəz” (Gəncə) – UGİM (Göygöl) matçının 44-cü dəqiqəsində UGİM klubunun 3 №-li futbolçusu Teymur Yusubov  təhqiredici hərəkətlər etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılır.
25 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Alekseyevka” (Quba) – “Quba” OK matçının 47-ci dəqiqəsində “Quba” OK klubunun 4 №-li futbolçusu Elmin Nadirli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Təhsil” RİM (Şirvan) – “Şirvan” (Şirvan) matçının 45-ci dəqiqəsində “Şirvan” klubunun 1 №-li futbolçusu Amid Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.  
19 noyabr 2017-ci il, U-12 Liqasında, ROİL (Qax) – “Kürmük” (Qax) matçının 46-cı dəqiqəsində ROİL klubunun 10 №-li futbolçusu Arif Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
26 noyabr 2017-ci il, U-12 Liqasında, UGİM (Oğuz) – ROİL (Qax) matçının 46-ci dəqiqəsində ROİL klubunun 8 №-li futbolçusu Məhəmməd Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
17 noyabr 2017-ci il, U-10 Liqasında, “Xəzri” İK – MOİK (Bakı) matçında MOİK komandası  iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. 19 noyabr 2017-ci il, U-10 Liqasında, “Qədirli” (Tovuz) – UGİM (Qazax) matçında UGİM komandasanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Əhmədli Yunayted” – Autimzlilərin İK matçında "Autimzlilərin İK" komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Qusar” – “Təhsil” FM matçında “Təhsil” FM komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il U-13 qızlar Liqasında, “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə) matçında “Mil-Muğan” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il U-13 qızlar Liqasında, “Qubek” (Balakən) – “Dinamo” (Baləkən) matçında “Qubek” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il U-13 qızlar Liqasında, “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) matçında hər iki komanda yaş limitini pozduğuna görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 noyabr 2017-ci il U-13 qızlar Liqasında, UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
26 noyabr 2017-ci il, U-16 qızlar Liqasında, UGİM (Naftalan) – “Əhmədli Yunayted” matçında “Əhmədli Yunayted” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
Baş Sponsor 
Partnyorlar