az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.11.2026 Çap
15.11.2026-cı il tarixində II Liqada XI turun “Ağstafa Gəncləri”– “Difai” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
 
İntizam Komitəsinin qərarları
16.11.2026-cı il tarixində II Liqada XI turun “Zəngəzur”– “Hypers” oyununda “Hypers” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
16.11.2026-cı il tarixində II Liqada XI turun “Kür-Araz”– “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyunu “Dinamo” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Dinamo” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
 
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
07.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Olimpik Sabirabad – Mil İK oyununda Olimpik Sabirabad komandasının 99 nömrəli futbolçusu Allahqulu Məmmədov qarşılaşmanın 84-cü dəqiqəsində rəqib oyunçuya qarşı ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 44.1);
 
07.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK – Araz (İmişli) FK oyununda Mərcanlı FK komandasının 77 nömrəli futbolçusu Miramil Seyidzadə qarşılaşmanın 83-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
07.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK – Araz (İmişli) FK oyununda Araz (İmişli) FK komandasının 8 nömrəli futbolçusu Orxan Məhərrəmov qarşılaşmanın 76-cı dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 51.2);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xan Çinar FK – İRS FK oyununda Xan Çinar FK komandasının 4 nömrəli futbolçusu Bilal Rəhimov qarşılaşmanın 57-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Məzrəli FK – İnşaatçı FK oyununda Məzrəli FK komandasının 10 nömrəli futbolçusu Ceyhun Quliyev qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və hakimləri təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 9.3, 17.5, 52.4);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qobustan FK – Vətən Naminə FK oyununda Vətən Naminə FK komandasının 7 nömrəli futbolçusu Nihat Şahbazov qarşılaşmanın 54-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sədərək FK – Sirab FK oyununda Sirab FK komandasının 1 nömrəli futbolçusu Fuad Rəhimov qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Babək FK – Altay FK oyununda Babək FK komandasının 12 nömrəli futbolçusu Azad İsgəndərov oyundan sonra hakimlərə qarşı nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.4);
 
08.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Babək FK – Altay FK oyununda Babək FK komandasının Baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 88-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.4);
 
09.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Universal FA – Mübariz Binə FK oyununda Universal FA komandasının 20 nömrəli futbolçusu İlqar Tağıyev qarşılaşmanın 44-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
14.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Araz (İmişli) FK – Məzrəli FK oyununda Araz (İmişli) FK komandasının baş məşqçisi Süleyman İsayev qarşılaşmanın 90 (+2)-ci dəqiqəsində hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı və oyun bitdikdən sonra soyunub-geyinmə otağına daxil olaraq hakimlərə təzyiq göstərdiyi üçün növbəti 9 (doqquz) oyuna buraxılmasın (maddə 9.3, 22.7, 52.4, 53.3);
 
14.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Araz (İmişli) FK – Məzrəli FK oyununda Məzrəli FK komandasının 44 nömrəli futbolçusu İsrail Həsənov qarşılaşmanın 63-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
14.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Naxçıvan (Bakı) FK – Abşeron PFK oyununda Abşeron PFK komandasının 10 nömrəli futbolçusu Səfa Əliyev qarşılaşmanın 64-cü dəqiqəsində rəqib oyunçuya qarşı nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 52.3);
 
14.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xəzər Binəqədi FK – Caspian FC oyununda Caspian FC komandasının 1 nömrəli futbolçusu Fərid Bədəlov qarşılaşmanın 63-cü dəqiqəsində hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.4);
 
15.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Altay FK – Xok FK oyununda Xok FK komandasının rəsmisi Mirəziz Seyidov qarşılaşmanın 89-cu dəqiqəsində hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.4);
 
15.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Kürsəngi FK – Viləş PFK oyununda Kürsəngi FK komandasının 77 nömrəli futbolçusu Sahib Cümşüdov qarşılaşmanın 76-cı dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);
 
17.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Lion PFK – Turan Tovuz FK oyununda Lion PFK komandasının 10 nömrəli futbolçusu Həsən Hüseynovun qarşılaşmanın 80-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.3);
 
15.11.2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Karvan-Yevlax – Kəpəz PFK oyununda Kəpəz PFK komandasının 24 nömrəli futbolçusu Muraz Quliyev qarşılaşmanın 50-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);
 
14.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Qaradağ Lökbatan FK – Zəfər FK (Bakı) oyununda Zəfər FK (Bakı) komandasının 3 nömrəli futbolçusu Rauf Səftərli qarşılaşmanın 63-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
15.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan Zəfər PFK – Vətən İOEUGFMPHŞ oyunu Zəfər PFK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Zəfər PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
14.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş Loru FK – Record Club (Bakı) oyununda Record Club (Bakı) komandasının komanda rəsmisi Bəhlul Bəhlulzadə qarşılaşmanın 30-cu dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 51.2);
 
15.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan FC Bayern Baku – Yarımada FK oyunu FC Bayern Baku komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün FC Bayern Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
15.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş Sabirabad – Şirvan UFK oyunundan əvvəl Şirvan UFK komandasının adı oyun protokolunda qeyd olunmayan və lisenziyası olmayan futbolçusu aşkar edildiyi üçün Şirvan UFK komandasına xəbərdarlıq edilsin (maddə 20, 94);
 
15.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan FC Bayern Baku – Ulduz Futbol Məktəbi oyunu FC Bayern Baku komandasının yetərsay olmadığı üçün baş tutmadığı üçün FC Bayern Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
15.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Arzu (Gəncə) – Ofsayt (Gəncə) oyunu Ofsayt (Gəncə) komandasının yetərsay olmadığı üçün baş tutmadığı üçün Ofsayt (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
14.11.2026-cı il tarixində AFFA U-10 Liqasında keçirilməsi nəzərdə tutulan Ümid (Gəncə) – Çinar (Gəncə) oyunu Ümid (Gəncə) komandasının yetərsay olmadığı üçün baş tutmadığı üçün Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
15.11.2026-cı il tarixində AFFA U-10 Liqasında keçirilməsi nəzərdə tutulan Şirvansaray FK – Antiguoko İFC oyunu Antiguoko İFC komandasının yetərsay olmadığı üçün baş tutmadığı üçün Antiguoko İFC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
18.10.2026-cı il tarixində AFFA U-8 Liqasında keçirilməsi nəzərdə tutulan Cənub FK – Ulduz FA oyunu ilə əlaqədar Cənub FK komandasının prezidenti Rəsuli Əbdülhüseyn İsmayıl oğlu komandasının futbolçuları ilə əlaqəli sənədlərdə saxtakarlığa yol verdiyi üçün futbolla əlaqəli istənilən fəaliyyətdə iştirakına 1 (bir) il müddətinə qadağa qoyulsun (maddə 97);
 
15.11.2026-cı il tarixində AFFA U-8 Liqasında keçirilmiş Troya FC – Dinamo Caspian oyununun 30-cu dəqiqəsində Troya FC komandası meydanı tərk etdiyi və nəticədə qarşılaşma yarımçıq dayandırıldığı üçün Troya FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 77.1);
 
14.11.2026-cı il tarixində Liv Bona Dea Qadınlar Super Liqasının Qəbələ İK – Baku Juniors oyununun 90-cı dəqiqəsində Qəbələ İK komandasının 7 nömrəli oyunçusu Zəhra Rzayeva təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
 
14.11.2026 tarixində AFFA U-16 Qızlar Liqasında keçirilmiş Araz-Naxçıvan PFK – Səbail PFK oyununun 90+1-ci dəqiqəsində Araz-Naxçıvan PFK klubunun 90 nömrəli futbolçusu Xalidə Məmmədcanova təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
 
14.11.2026 tarixində AFFA U-16 Qızlar Liqasında keçirilmiş Araz-Naxçıvan PFK – Səbail PFK oyununun 90+1-ci dəqiqəsində Səbail PFK klubunun 20 nömrəli futbolçusu Ləman Hüseynli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
 
15.11.2026 tarixində AFFA U-16 Qızlar Liqasında keçirilmiş Sumqayıt FK – Neftçi PFK oyununun 60-cı dəqiqəsində Sumqayıt FK klubunun 8 nömrəli futbolçusu Milana Əlisoy rəqibini həm təhqir edib, həm də vurduğuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın (maddə 9.3, 45.1, 52.3);
 
15.11.2026 tarixində AFFA U-16 Qızlar Liqasında keçirilmiş Sumqayıt FK – Neftçi PFK oyununun 60-cı dəqiqəsində Neftçi PFK klubunun 58 nömrəli futbolçusu Minayə Sadıxova rəqibini həm təhqir edib, həm də vurduğuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın (maddə 9.3, 45.1, 52.3);
 
14.11.2026 tarixində AFFA U-14 Qızlar Liqasında keçirilməsi nəzərdə tutulan Qəbələ İK – Marxal (Şəki) oyunu, Qəbələ İK komandasının oyuna yetərsayla gəlmədiyi üçün baş tutmadığı üçün Qəbələ İK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
14.11.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının Şəfa FK – Sabah FK oyununun 33-cü dəqiqəsində Sabah FK komandasının 5 nömrəli oyunçusu Aysu Həsənova qeyri-idman hərəkətinə görə 2-ci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
14.11.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının Mürtülü FK (Kürdəmir) – Çinay FK (Göyçay) oyununda Mürtülü FK (Kürdəmir) komandası əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğu üçün Mürtülü FK (Kürdəmir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);
 
15.11.2026 tarixində AFFA U-14 Qızlar Liqasında keçirilmiş Mingəçevir – Naftalan FK oyununda, Naftalan FK komandası əsasnaməyə uyğun yaş limitini pozduğu üçün Naftalan FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);
 
15.11.2026 tarixində AFFA U-14 Qızlar Liqasında keçirilmiş Goranboy OİK – Ümid (Gəncə) oyununda, Goranboy OİK komandası əsasnaməyə uyğun yaş limitini pozduğu üçün Goranboy OİK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49).
 
 
Baş Sponsor