az en
News / Tofiq Bəhramovun yubileyi qeyd olunub (fotolar)

Tofiq Bəhramovun yubileyi qeyd olunub (fotolar)

AFFA Dərc olundu: 29.01.2015 Çap
Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib.  
Tofiq Bəhramovun yubileyi qeyd olunub (fotolar)
AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Tofiq Bəhramovun məzarını ziyarət ediblər. AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, qonaqlar Miroslav Stupar, Nikolay Levnikov, Vadim Juk və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov çıxış edərək Tofiq Bəhramovun həyat yolu, hakimlik bacarığı, futbolun inkişafına verdiyi töhfələr barədə danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Sonra “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu keçirilib.
Tədbir iştirakçıları mətbuat nümayəndələrinə açıqlama verib, jurnalistlərin suallarını cavablandırıblar.
 
 
 
Baş Sponsor 
Partnyorlar