az en
News / U-19 yığmasının üzvləri üçün seminar keçirilib

U-19 yığmasının üzvləri üçün seminar keçirilib

U-19 Dərc olundu: 06.11.2015 Çap
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib. Komitə sədri yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, Topaz Premyer Liqasının və başqa ölkələrin çempionatlarından hazırlanan, eləcə də FİFA və UEFA-nın hazırladığı video materiallar izlənilib. Sonda millinin üzvlərinin sualları cavablandırılıb. 
 
 
U-19 yığmasının üzvləri üçün seminar keçirilib
Baş Sponsor 
Partnyorlar