az en

Fərid Mansurov

Mansurov Fərid Salman oğlu 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub.
1999-cu ildə R.M.Sadıqov adına 136 №-li orta məktəbi bitirib.
1999-2003-cü illər ərzində Təfəkkür universitetində bakalavr, 2004-2006-cı illər ərzində isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında magistr pilləsi üzrə təhsil alıb. Həmçinin ikinci ali təhsil kimi 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin bakalavriat pilləsini bitirib.
2001-2002 və 2004-2005-ci illər ərzində Neftçi İSM-də yunan-Roma güləşi üzrə idmançı-təlimatçı vəzifəsində, 2005-2008-ci illərdə Şirvan Şəhər Gömrük İdarəsinin Statistika və Aİİ bölməsində inspektor vəzifəsində, 2008-2016-cı illər ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təhqiqat və İstintaq şöbələrində  çalışıb.
2016-2021-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri olub, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektorudur.
2010-2011-ci illər ərzində yunan-Roma üzrə yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb.
2011-2016-cı illər ərzində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.
1997-ci ildə Sloveniyanın Maribor şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş mükafat qazanıb.
2001-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.
2002-ci ildə Rusiyanın Moskva şəhərində təşkil olunan böyüklər arasında dünya çempionatında gümüş mükafatına yiyələnib.
2004-cü ildə Yunanıstanın Afina şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.
2007-ci ildə Bakı şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
2009-cu ildə Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatının qalibi,
bir çox beynəlxalq Qran-pri yarışlarının qalib və mükafatçısı olub.
“Şöhrət” ordeni və “Tərəqqi” medalına layiq görülüb.
“Azərbaycan Respublikasının İdman Ustası”dır.
 
Baş Sponsor 
Partnyorlar