az en
News / AFFA nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər

AFFA nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər

Futbolda sosial məsuliyyət Dərc olundu: 06.06.2026 Çap
5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq tədbir təşkil olunub. AFFA ilə əməkdaşlıq çərçivəsində ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə bu gün Müşviqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AFFA nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər
AFFA-nın Sosial və Ətraf Mühit şöbəsinin təşkilatçılığı ilə baş tutan aksiyada assosiasiyanın beynəlxalq dərəcəli hakimləri, həmçinin aşağı yaş qrupu üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandalarının futbolçuları iştirak ediblər.
Aksiya zamanı ərazidə ağac tingləri əkilib, onların qulluq qaydaları barədə məlumat verilib və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri milli komandaların futbolçuları ilə görüşərək onların ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsə qoşulmalarını yüksək qiymətləndiriblər.
 
Baş Sponsor