az en
News / AFFA nümayəndələri UEFA Grow Konfransında iştirak edib

AFFA nümayəndələri UEFA Grow Konfransında iştirak edib

UEFA Dərc olundu: 23.03.2026 Çap
Avstriyanın paytaxtı Vyanada üçüncü UEFA Grow Konfransı keçirilib.
AFFA nümayəndələri UEFA Grow Konfransında iştirak edib
Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.
Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.
Baş Sponsor