az en
News / AFFA nümayəndələri UEFA-nın seminarında

AFFA nümayəndələri UEFA-nın seminarında

Seminar Dərc olundu: 18.03.2026 Çap
Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın “Oyun analizinə dair Share seminarı” keçirilib.
AFFA nümayəndələri UEFA-nın seminarında
Tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər. AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.
Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.
 
 
Baş Sponsor