az en
News / Həkimlər üçün seminar keçirilib (fotolar)

Həkimlər üçün seminar keçirilib (fotolar)

Seminar Dərc olundu: 13.05.2026 Çap
UEFA-nın dəstəyi ilə AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarının həkimləri üçün “Futbolda zədələr və onların müalicə metodları” adlı seminar təşkil olunub.
Həkimlər üçün seminar keçirilib (fotolar)
AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Həmçinin U-21-in həkimi Olcay Bayramov, futzal üzrə Azərbaycan millisinin həkimi Fuad Səfərov və qadınlardan ibarət A millinin həkimi Lalə İbrahimova da çıxış ediblər.
Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.
 
Baş Sponsor