Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib. Konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.
 
Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:
•  Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
•  Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;
•  Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
•  UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
•  Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
•  Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.