az en
News / AFFA-nın baş katibi Azərbaycan İdman Akademiyasının komandası ilə görüşdü (fotolar)

AFFA-nın baş katibi Azərbaycan İdman Akademiyasının komandası ilə görüşdü (fotolar)

AFFA Dərc olundu: 14.08.2026 Çap
AFFA-nın baş katibi Cahangir Fərəcullayev İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında gümüş medal qazanan Azərbaycan İdman Akademiyasının futzal komandasının üzvlərini qəbul edib.
AFFA-nın baş katibi Azərbaycan İdman Akademiyasının komandası ilə görüşdü (fotolar)
Görüşdə Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, baş katib Lətif Novruzov, milli komandanın məşqçi heyəti və oyunçuları iştirak ediblər.
Cahangir Fərəcullayev komandanı Avropa Universitet Oyunlarında gümüş medal qazanması münasibətilə təbrik edib. Baş katib millimizə növbəti yarışlarda uğurlar arzulayıb.
 
Baş Sponsor