az en
News / AFFA-nın məlumatı

AFFA-nın məlumatı

U-20 Dərc olundu: 02.04.2026 Çap
13-26 aprel 2026-cı il tarixlərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.
AFFA-nın məlumatı
Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Baş Sponsor