az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 01.04.2026 Çap
20 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);
AFFA İntizam Komitəsinin qərarları
18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);
 
18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 300 manat cərimə edilsin (maddə 44.1);
 
18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);
 
29 mart 2026-cı il tarixində II Liqada XX turun “Ağstafa Gəncləri” – “Quba” oyununda “Ağstafa Gəncləri” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29 mart 2026-cı il tarixində II Liqada XX turun “Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29 mart 2026-cı il tarixində II Liqada XX turun “Şəmkir” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
20 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununun 47-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 57 nömrəli futbolçusu Hüseyn Fərəcli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 44.1);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandasının 3 nömrəli futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ-2” komandasının 28 nömrəli futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandası meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə “Qarabağ-2” komandası 1000 manat cərimə edilsin (maddə 77.3);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandası tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər “Sabah-2” komandası tərəfindən qarşılansın (maddə 86).
 
28 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qovlar FK-Xəzər (Ağcabədi) oyununda Xəzər (Ağcabədi) komandasının heyətində N10 futbolçu Emin Kərimov qarşılaşmanın 98-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
29 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Beyləqan FK-Şəfəq FK oyunu Beyləqan FK komandası oyuna çıxmadığına görə oyun baş tutmadığı üçün Beyləqan FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
25 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Şəfa FK-Kəpəz PFK oyununda Şəfa FK komandasının heyətində N8 futbolçu Tuncay Camalov qarşılaşmanın 67-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N30 futbolçu Zülfüqar Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
29 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Sumqayıt FK-Turan Tovuz FK oyununda Sumqayıt FK komandasının heyətində N5 futbolçu Mehman Dadaşov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
25 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK-Xocalı FK oyununda Şamaxı FK komandasının heyətində N19 futbolçu Seyidhüseyn Ağayev qarşılaşmanın 55-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
26 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Qarabağ FK-Ulduz FA oyununda Ulduz FA komandasının baş məşqçisi İlyas Qurbanov qarşılaşmanın 5-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4).
 
26 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Qarabağ FK-Ulduz FA oyununda Qarabağ FK komandasının köməkçi məşqçisi Elçin Rəhimli qarşılaşmanın 90+4-cü dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
30 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli FK-Dinamo Bakı FK oyununda Dinamo Bakı FK komandasının heyətində N3 futbolçu Əli Cəfərov qarşılaşmanın 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.3)
 
30 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli FK-Dinamo Bakı FK oyununda Dinamo Bakı FK komandasının heyətində N2 Yunus Hüseynzadə qarşılaşmanın 76-cı dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
30 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-Ulduz FA oyunu qarşılaşmanın 55-ci dəqiqəsində stadionun işıqlandırılması problem yarandığına görə yarımçıq dayandırıldığı üçün oyun qaldığı yerdən davam etdirilsin (maddə 99, 86)
 
30 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-Ulduz FA oyununda Ulduz FA komandasının heyətində №18 Murad Zeynallı qarşılaşmanın 39-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
27 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan İnter UFK-Qaradağ Lökbatan oyunu İnter UFK komandası tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmadığı üçün İnter UFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
15 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ağdam FK-Pambıqçı(Bərdə) oyunu Pambıqçı(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Pambıqçı (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Pambıqçı(Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)
 
15 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Füzuli FK-Məhsul(Zərdab) oyunu Məhsul(Zərdab) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Məhsul (Zərdab) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Məhsul (Zərdab) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)
 
29 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Zəfər FK(Bərdə)-Aran FK(Beyləqan) oyunu Zəfər FK(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəfər FK (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Zəfər FK (Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor