az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 29.04.2026 Çap
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);
 
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
 
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
 
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
 
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
 
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);
 
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
 
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);
 
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
27 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Xankəndi” komandasının 9 nömrəli futbolçusu Elvin Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+10-cu dəqiqəsində “Xankəndi” komandasının 88 nömrəli futbolçusu Müşfiq Teymurov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar əşya atıldığına görə “Xankəndi” komandası 200 manat cərimə edilsin (maddə 86.3);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Ülvi Sarıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Xankəndi” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” komandasının 77 nömrəli futbolçusu Hakan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7)
 
26 aprel 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Zəngəzur FC-Xəzər(Ağcabədi) oyununda Xəzər(Ağcabədi) komandasının heyətində N8 futbolçu Elgün Məhərrəmov qarşılaşmanın 77-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
26 aprel 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Zəngəzur FC-Xəzər(Ağcabədi) oyununda Xəzər(Ağcabədi) komandasının baş məşqçisi Yədulla Paşayev qarşılaşmanın 77-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
26 aprel 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Samur FK oyununda Samur FK komandasının heyətində N5 futbolçu Firudin Ağalarov qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
25 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyunu bitdikdən sonra Sumqayıt FK komandasının N18 futbolçusu Əli Cəfərov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
25 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyunu bitdikdən sonra Zirə PFK komandasının N55 futbolçu Azər Abışov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
25 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Kəpəz PFK-Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N17 futbolçu Əli Aşurov qarşılaşmanın 47-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
25 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilməli olan Karvan-Yevlax-Xudat City FA oyunu Xudat City FA komandası oyuna çıxmaqdan imtina etdiyinə görə baş tutmadığı üçün Xuda City FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
25 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Ulduz FA-Qarabağ FK oyununda Ulduz FA komandasının heyətində N9 futbolçu Yusif Əlizadə qarşılaşmanın 39-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
26 aprel 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Məhəllə uşaqları(Sumqayıt)-Odlar Yurdu (Sumqayıt) oyunu Odlar Yurdu (Sumqayıt) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Odlar Yurdu (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Odlar Yurdu (Sumqayıt) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.1 və 79.4)
 
26.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Ümid (Gəncə)-Sabah FK” oyununun 76-ci dəqiqəsində Ümid (Gəncə) komandasının №9 oyunçusu Çiçək Mirzəzadə rəqibə qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
26.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Ümid (Gəncə)-Sabah FK” oyununun 76-ci dəqiqəsində və Sabah FK-nın №23 oyunçusu Aysu Əsədova  oyun zamanı rəqibə qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
23.04.2026-cı il tarixində keçirilən futzal üzrə Yüksək liqanın Araz-Naxçıvan - Şuşa oyununda, Şuşa komandasının oyunçusu Ümid Qəhrəmanov oyunun 37-ci dəqiqəsində (Daxilolma, yenidən daxilolma və ya hakimin icazəsi olmadan qəsdən meydançanı tərk etmək) səbəbindən ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5 və 17.7)
 
23.04.2026-cı il tarixində keçirilən futzal üzrə Yüksək liqanın Neftçi İK – U-19 oyununda, U-19  komandasının oyunçusu Emil Bayramov oyunun 25-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
23.04.2026-cı il tarixində keçirilən Futzal üzrə 1-ci liqa pley-offun Star Kargo – Baku Fire-2 oyununda, Baku Fire-2 komandasının oyunçusu Nurlan Allahverdiyev oyunun 40-cı dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
23.04.2026-cı il tarixində keçirilən Futzal üzrə 1-ci liqa pley-offun Star Kargo – Baku Fire-2 oyununda, Star Kargo komandasının köməkçi məşqçisi İslam Mirzəyev oyunun 40-cı dəqiqəsində texniki zona qaydalarını pozaraq, hakimin qərarına sözlə və hərəkətlə etirazlara görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
25 aprel 2026 cıil tarixində AHFF-nın birinciliyinin II turu çərçivəsində keçirilən Araz Cəbrayıl Qobustan FK oyununda Araz Cəbrayıl komandasının  5Nli oyunçusu Ömər Behbudov oyunun 78-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
25 aprel 2026 cıil tarixində AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən TopçularFK-ROFM oyununda Topçular FK komandasının  1N oyunçusu İlkin  Fərhadov oyunun 93-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
25 aprel 2026 cı il tarixində  AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən Topçular FK-ROFM oyununda Topçular FK komandasının 23N oyunçusu Ramin İsmayılov oyunun 93-cü dəqiqəsində  təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
25 aprel 2026 cı il tarixində AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən Topçular FK-ROFM oyununda Topçular FK komandasının 11N oyunçusu Əkbər Hüseynov oyunun 93-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)     
 
25aprel 2026 cı il tarıxındə AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən Topçular FK- ROFM oyununda ROFM komandasının 4N oyunçusu Barış Babayev oyunun 93-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
25aprel 2026 cı il tarixində AHFF-nin birinciliyinin II turu çərçivəsində keçirilən Topçular FK-ROFM oyununda ROFM komandasının 21N oyunçusu Fuad Mərdanov oyunun 93-cü dəqiqəsində  təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
19 aprel 2026-сı il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən Şəhriyar  - Zəfər 44 oyununda Şəhriyar komandasının №9 oyunçusu Elşad Həmidli oyunun 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 aprel 2026-сı il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən Şuşa PFK - Topçular FK oyununda Şuşa PFK komandasının oyunçusu Vüqar Nadirov oyunun 90-cı dəqiqəsində hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
18 aprel 2026-сı il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən Şuşa PFK - Topçular FK oyununda Şuşa PFK komandasının oyunçusu Aslan Səlimov oyunun 90+3-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
18 aprel 2026-сı il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən Şuşa PFK - Topçular FK oyununda Topçular FK komandasının oyunçusu Onur Məmmədov oyunun 90+3-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
19 aprel 2026-сı il tarixində AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən Hadrut FK – Məhəllə Uşaqları oyununda Hadrut FK komandasının №38 oyunçusu Beyrək Osmanov oyunun 54-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor