az en
News / AFFA Region Liqasının püşkü atıldı

AFFA Region Liqasının püşkü atıldı

AFFA Dərc olundu: 18.10.2026 Çap
AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünün zonalar üzrə püşkatma mərasimi keçirilib.
AFFA Region Liqasının püşkü atıldı
AFFA-nın təşkilatçılığı ilə Sabirabad rayonunda keçirilən toplantıda liqanın yeni mövsümünün formatı təqdim olunub, infrastruktur məsələləri, məşqçi təlimləri və regionlarda kursların təşkili müzakirə edilib.
Görüşdə Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov, bölgə federasiyalarının nümayəndələri, AFFA-nın texniki direktorunun məsləhətçi-müşaviri Arif Əsədov, məşqçi təlimi üzrə rəhbər Aslan Kərimov, Kütləvi Futbol Departamentinin Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdəliyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının rəsmisi Rüfət Əmirov, eləcə də AFFA-nın digər rəsmiləri iştirak ediblər.
Görüş zamanı Region Liqasının 2026/2027-ci illər mövsümünün yeni formatının yekunlaşdırılması, regionlarda məşqçilərin sertifikatlaşdırılması və maarifləndirilməsi üzrə planlar, həmçinin liqada iştirak edən komandaların infrastrukturunun zonalar üzrə bölgüsü və çatışmayan tərəflər müzakirə olunub.
Püşkatma mərasimində ilk dəfə olaraq regional federasiyaların prezidentləri rəhbərlik etdikləri zonaları təmsil ediblər.
2026/2027-ci illər mövsümündə AFFA Region Liqası 8 regional federasiyanın 36 şəhər və rayonunu əhatə edəcək. Yarışda iştirak edəcək 73 komandanın oyunlarının 39 stadionda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı zonasının püşkatma mərasimi paytaxtda keçiriləcək. Liqanın oyunlarına noyabrda start veriləcək və mövsüm 2027-ci ilin may ayında başa çatacaq.
Püşkatmanın nəticələri ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz.

Mərkəz Zonası   
                 
A qrupu                                              B qrupu        
Beyləqan FK                                      Bahar FK
Aran FK (Beyləqan)                          Mərcanlı FK
Olimpic Sabirabad                            Məzrəli FK
Mil İK                                                  İnşaatçı FK 
Sabirabad FK                                    Araz FK (İmişli)

Qarabağ zonası
 
A qrupu                         
Xocavənd FK                     
Naftalan FK
Goranboy OİK FK
Naftalan Gəncləri FK
Laçın PFK
Ərgünəş-Füzuli FK
Pambıqçı FK
 
Naxçıvan zonası
 
A qrupu
Sədərək FK
Əlincə FK
Babək FK
Xok FK
Arpaçay FK
Altay FK
Ordubad FK
Sirab FK
 
Şimal zonası
 
A qrupu                                            B qrupu
Samur FK                                        ŞKGB
Qaradağ Şıxlar                               Qobustan FK
Universal FA                                   Xudat City FA
Mübariz (Binə) FK                          Qobu PFK
Ələt FK                                            Vətən Naminə FK
 
Cənub zonası
 
A qrupu                                           B qrupu
Ərkivan Masallı FK                        Alaz FK
Kürsəngi FK                                   Biləsuvar FK
Viləş PFK                                        Neftçala FK
Cəlilabad FK                                   Lənkəran FK
Zəfər-44                                          Xıdırlı Salyan FK
 
Şimal-Qərb və Qərb zonası
 
A qrupu
Göyəzən PFK
Gənclik (Şəki)
VT Gəncə FK
Ərəş Sportinq FK
Göygöl FK
Qovlar PFK
Şəfəq FC
Balakən FK
 
Baş Sponsor