az en
News / AFFA və "Keşlə" FK stadionla bağlı müzakirə aparıb

AFFA və "Keşlə" FK stadionla bağlı müzakirə aparıb

AFFA Dərc olundu: 10.11.2021 Çap
Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" Futbol Klubu arasında müzakirə aparılıb.
AFFA və "Keşlə" FK stadionla bağlı müzakirə aparıb
Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.
Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.
"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.
UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.
Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
 
Baş Sponsor 
Partnyorlar