“Lənkəran” Futbol Klubunun (Region Liqası) “Zəfər 44” – “Lənkəran” FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 7 dekabr 2025-ci il tarixdə AFFA Region Liqasında keçirilən “Zəfər 44” – “Lənkəran” FK oyununda “Lənkəran” FK komandasının heyətində 90 nömrəli futbolçu Səlim Alıyev qarşılaşmanın 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə AFFA İntizam Komitəsinin 10 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq nəzərə alınsın.
3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.