az en
News / APL Fantasy-də sentyabr ayının qalibi müəyyənləşib

APL Fantasy-də sentyabr ayının qalibi müəyyənləşib

Dərc olundu: 24.09.2026 Çap
APL Fantasy-də Azərbaycan Premyer Liqasının 2026/27-ci mövsümünün sentyabr ayında keçirilən oyunlarının nəticələrinə əsasən, ayın qalibi müəyyənləşib. İştirakçılar arasında ən çox xal (182) toplayan Kənan Hüseynov birinci yerin sahibi oldu.
Kənan Hüseynov əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
APL Fantasy-də sentyabr ayının qalibi müəyyənləşib
Qeyd edək ki, APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasında çıxış edən real futbolçulardan virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Hazırda platformada 19 000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq. APL Fantasy-də artıq 500-dən çox liqa yaradılıb. İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər.
Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Əsas mükafatlardan biri qaliblərdən birinə Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər imkanı verəcək.
AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəni davam etdirməyə dəvət edir.
Oyuna qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün:
Baş Sponsor