Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 18:00-da keçiriləcək Yunanıstan – Andorra oyununun hakim-inspektoru olacaq.