Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
O, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 18:00-da Qazaxıstanın Almatı şəhərindəki "Almaty Ortalyk" stadionunda keçiriləcək Qazaxıstan U-21 – Macarıstan U-21 oyununun hakim-inspektoru olacaq.