az en
News / Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək

Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək

AFFA Dərc olundu: 17.09.2026 Çap
Azərbaycan Kubokunda 2026/27 mövsümünün final qarşılaşmasının keçiriləcəyi məkan müəyyənləşib. Peşəkar Futbol Liqasının təklifi əsasında AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə həlledici görüş Gəncə şəhər stadionunda keçiriləcək.
Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək
Beləliklə, Azərbaycan Kubokunun finalı ölkə futbolu tarixində ilk dəfə Gəncədə təşkil olunacaq. 2027-ci il 12 may tarixində keçiriləcək qarşılaşmanın başlama saatı və görüşlə bağlı əlavə məlumat veriləcək.
Baş Sponsor