az en
News / Azərbaycan millisi Lixtenşteyn üzərində qələbə qazandı

Azərbaycan millisi Lixtenşteyn üzərində qələbə qazandı

A Milli Dərc olundu: 14.11.2026 Çap
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib. D Divizionunun 2-ci qrupunda yer alan millimiz Vaduts şəhərində yerləşən "Reynpark" stadionunda Lixtenşteyn yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində  yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Bu qələbə sayəsində xallarının sayını 8-ə çatdıran Azərbaycan millisi qrup mərhələsini lider kimi başa vurub. Hal-hazırda Litva yığması 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü yerdə qərarlaşıb.
Azərbaycan millisi Lixtenşteyn üzərində qələbə qazandı
Lixtenşteyn - Azərbaycan 0:1
 
Azərbaycan: 1 Emil Balayev, 4 Rahil Məmmədov, 15 Bədavi Hüseynov (k),2  Rəhman Daşdəmirov,21 Qismət Alıyev, 3 Rüfət Abbasov, 6 Abdulla Xaybulayev, 18 Oruc Məmmədov,20 Aleksey İsayev, 7 Toral Bayramov, 10 Mahir Emreli.
Ehtiyat oyunçular: 12 Şahruddin Məhəmmədəliyev, 23 Aydın Bayramov, 8 Emin Mahmudov, 9 Musa Qurbanlı, 11 Xəyal Əliyev, 13 Eşqin Əhmədov, 14 Elvin Bədalov, 16 Emil Mustafayev, 17 Tellur Mütəllimov, 19 Rüfət Abdullazadə, 22 Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov
 
Lixtenşteyn: 1 Benjamin Büxel, 23 Yens Hofer, 3 Maksimilian Göppel, 4 Lars Traber, 5 Yonas Vayssenhofer, 20 Alessio Hasler, 10 Marsel Büxel, 18 Nikolas Hasler (k), 13 Kenni Kindl, 11 Lorenso Lo Russo, 8 Aron Zele.
Ehtiyat oyunçular: 12 Castin Ospelt, 21 Lorenso Lo Russo, 2 Bek Niklas, 6 Severin Şlegel, 7 Fabio Notaro, 9 Villi Pitsi, 14 Livio Mayer, 15 Andrin Netser, 16 Bruno Poytner, 17 Liam Krants, 19 Emanuel Zünd, 22 Florian Alqoyer.
Baş məşqçi: Konrad Fünfştük.
Baş Sponsor