Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının 2026/2027-ci illər mövsümünün I seçmə mərhələsində ikinci oyununu keçirib.
B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Şimali Makedoniya yığması ilə qarşılaşıb.
Serbiyanın Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının idman mərkəzində keçirilən görüş komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, U-19 millimiz seçmə mərhələdə sonuncu oyununu dekabrın 2-də Monteneqro yığmasına qarşı keçirəcək.