az en
News / Bakı ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçılarını qəbul edir

Bakı ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçılarını qəbul edir

FİFA Dərc olundu: 20.10.2026 Çap
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. 
Bakı ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçılarını qəbul edir
Turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır.
Oktyabrın 19-da festivalda iştirak edəcək Nikaraqua milli komandası Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bununla da turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.
Oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək turnirin yüksək standartlara uyğun təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.
 
Baş Sponsor