Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam klubu İslandiyanın “Vestri” komandasının qonağı olacaq.
Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.
16 iyul
20:00. “Vestri” (İslandiya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Marek Radina
Baş hakimin köməkçiləri: Kamil Hajek, Petr Kotalik
Dördüncü hakim: Daniel Vokoun
VAR: Tomas Koçurek
AVAR: Andrey Berka
(Hakimlər briqadası Çexiyadandır)
Reykyavik, “Trottarvöllur” stadionu