az en
News / Bu gün saat 13:00. Litva (U-17) - Azərbaycan (U-17)

Bu gün saat 13:00. Litva (U-17) - Azərbaycan (U-17)

U-17 Dərc olundu: 27.03.2026 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxacaq. B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşacaq.
Bu gün saat 13:00. Litva (U-17) - Azərbaycan (U-17)
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
 
27 mart
 
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Baş Sponsor