az en
News / U-17 seçmə mərhələyə heç-heçə ilə başladı

U-17 seçmə mərhələyə heç-heçə ilə başladı

U-17 Dərc olundu: 24.03.2026 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb. B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.
U-17 seçmə mərhələyə heç-heçə ilə başladı
“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. Komandamızın heyətində qolu 39-cu dəqiqədə penaltidən Əli Bəşirov vurub.
Qrupun digər qarşılaşmasında Litva yığması Malta seçməsi üzərində 3:1 hesablı qələbə qazanıb.
U-17 millimiz növbəti matçını martın 27-də Litva kollektivinə qarşı keçirəcək.
Baş Sponsor