16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün final oyununa çıxacaq.
U-16 həlledici görüşdə Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.
Azərbaycan (U-16) - Rusiya (U-16)
Qəbələ şəhər stadionu. Saat 14:00
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Elvin Mədətov, Ağadur Mahmudov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev