az en
News / Dünya çempionatında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək

Dünya çempionatında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək

U-16 Dərc olundu: 21.10.2026 Çap
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan U-16 milli komandasının Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Dünya çempionatında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək
Oktyabrın 22-də saat 16:30-da başlayacaq məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi isə media nümayəndələri üçün açıq olacaq. Media nümayəndələrindən saat 16:00-da Hövsan Yarış Kompleksində olmaları xahiş olunur.
Qeyd edək ki, məşqdə yalnız akkreditasiyadan keçmiş media nümayəndələri iştirak edə bilərlər. Akkreditasiyaları Atletlər Kəndinin Akkreditasiya Mərkəzindən hər gün saat 10:00-dan 21:00-dək əldə etmək mümkündür.
Vacib qeyd: Çəkilişlər yalnız Azərbaycan milli komandasının məşqini əhatə edəcək.

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor